...

İran SEPAH-da yeni təyinat olub

Dünya xəbərləri Materials 14 İyun 2025 15:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinə komandan olaraq briqada generalı Seyid Məcid Musəvi təyin olunub.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei müvafiq qərar verib.

Qərara əsasən, ordu generalı Əmir Əli Hacızadənin İsrailin İrana hərbi hava hücumları nəticəsində öldüyünü nəzərə alaraq, SEPAH-ın Hərbi Hava Qüvvələrinə briqada generalı Seyid Məcid Musəvi başçılıq edəcək.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti