Bakı. Trend:
İsrailin Tehran şəhərinə aviazərbələr nəticəsində bir sıra partlayışlar baş verib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Tehranın şimal-qərbində neft anbarlarının vurulduğu və elektrikin kəsildiyi bildirilir.
Məlumatda deyilir ki, aviazərbə nəticəsində hündürmərtəbəli binanın tamamilə dağıldığı qeyd olunur.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.