...

Qazaxıstan vətəndaşları İrandan Azərbaycana təxliyə olunublar - Səfirlik

Cəmiyyət Materials 14 İyun 2025 12:25 (UTC +04:00)
Qazaxıstan vətəndaşları İrandan Azərbaycana təxliyə olunublar - Səfirlik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici vətəndaşların İrandan təxliyəsinə vasitəçilik göstərməyə davam edir.

Qazaxıstanın Bakıdakı səfirliyindən Trend-ə bildirilib ki, Qazaxıstan vətəndaşları “Astara” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil olublar.

"Raket hücumları zamanı Tehranda olan altı Qazaxıstan vətəndaşı Azərbaycanın quru sərhədi ilə təxliyə olunublar. Onunların təxliyə olunmasına Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi vasitəçilik edib",- diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətindən öz vətəndaşlarının İrandan təxliyəsi və Azərbaycan ərazisindən keçməklə vətənlərinə qayıtmalarına köməklik göstərməyi xahiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti