Bakı. Trend:
İsrailin İrana hərbi hava hücumlarının davam etməsi fonunda Tehranın böyük bazarı fəaliyyətini dayandırıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, sahibkarlar mağazalarını bağlayaraq bazarı tərk ediblər.
Əlavə edək ki, hazırda İsrailin İrana hərbi hücumları davam edir. Tehran, Təbriz və digər şəhərlərdə partlayış səslərinin eşidildiyi qeyd olunur.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.