Bakı. Trend:
Britaniyalı Filip Hanson, polşalı Robert Kubitsa və çinli Ye İfeydən ibarət "AF Corse" komandası "Ferrari" hiperkarı ilə 24 saatlıq Le-Man yarış marafonunun qalibi olub.
Trend xəbər verir ki, bu, 25 yaşlı Filip Hansonun Le-Man marafonunda ikinci qələbəsidir. O, ilk dəfə bu turnirdə 2020-ci ildə qalib gəlib.
Qeyd edək ki, "Ferrari" komandası əfsanəvi Le-Man yarışını ardıcıl üçüncü dəfə qazanır. 2023 və 2024-cü illərdə əsas hiperkar sinfində qələbə "Ferrari"nin zavod komandası tərəfindən təmin olunmuşdu. Bu il isə həmin komanda yarışda üçüncü yeri tutub.
İkinci pillənin sahibi isə "Porsche" komandası olub.