Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edən "The Washington Post" yazıb.
Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasına qadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrin siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir. Qeyd olunur ki, bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olan diplomatlara göndərilib.