...

İranın İsrailə hücumları tam qarşılıqlı şəkildədir – İran xarici işlər naziri

Dünya xəbərləri Materials 15 İyun 2025 12:37 (UTC +04:00)
İranın İsrailə hücumları tam qarşılıqlı şəkildədir – İran xarici işlər naziri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailə hücumlarını tam şəkildə qarşılıqlı olaraq həyata keçirib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (15 iyun) Tehranda xarici ölkələrin diplomatları ilə baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, İran İsrailə hərbi hava hücumlarının ilk gecəsində sadəcə hərbi hədəfləri atəşə tutub.

Araqçi bildirib ki, lakin sonradan İsrail tərəfi Tehran neftayırma zavodu və Buşehr vilayətində bəzi iqtisadi hədəfləri vurduğuna görə, ötən gecədən İran da iqtisadi hədəfləri vurmağa başlayıb və İsrailin iqtisadi hədəfləri və neftayırma zavodu vurulub.

“Hücumları iqtisadi ərazilərə, Buşehr vilayətinin Əsəluyə bölgəsinə yönəltmək doğru addım olaraq deyil və qarşıdurmanı Fars körfəzi ətrafına yönəltmək təhlükəli addımdır. Ehtimal olunur ki, bu hərəkət müharibəni İran ərazisindən kənara yaymaq kimi məqsədi daşıyır. Beynəlxalq ictimaiyyətin bu hücumları dayandırması üçün addım atacağı gözlənilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Xəbər lenti

Xəbər lenti