...

Fransada mis kabel oğrularının 4,5 milyon avroluq malikanəsi müsadirə edilib

Dünya xəbərləri Materials 17 Yanvar 2026 20:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları mis kabel oğurluğu ilə məşğul olan dəstəyə məxsus 4,5 milyon avro dəyərində malikanəni və bir neçə digər əmlakı müsadirə ediblər.

Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin yanvar ayında başlayan araşdırma zamanı müstəntiqlər oğruların Parisin İl-de-Frans bölgəsində Orange mobil operatorunun obyektlərində aparılan təmir işləri zamanı subpodratçının himayəsi altında fəaliyyət göstərdiklərini müəyyən ediblər.

Jandarmeriyanın açıqlamasında bildirilir ki, 1 yanvar 2024-cü ildən bu günədək qanunsuz şəkildə çıxarılan materialın həcmi 189 ton mis kabel təşkil edib ki, bunun da bazar dəyəri təxminən 900 min avroya bərabərdir.

İş üzrə iki şirkət rəhbəri və onların maliyyəçisi saxlanılaraq həbs edilib.

Xəbər lenti

Xəbər lenti