...

"Real" qapıçısını satışa çıxardı

İdman Materials 17 Yanvar 2026 17:00 (UTC +04:00)
"Real" qapıçısını satışa çıxardı

Bakı. Trend:

"Real" qapıçı Andrey Luninlə yollarını ayırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "kral klubu" ukraynalı qolkiperin performansından məmnun deyil. La Liqa nəhəngi Lunini satışa çıxarıb. Klub 26 yaşlı "əlcək sahibi"nin satışından 25-30 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti