...

Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi

Hadisə Materials 17 Yanvar 2026 17:50 (UTC +04:00)
Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs ələ keçdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,hadisələr zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan vurulub.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti