...

NASA Aya göndəriləcək pilotlu kosmik gəminin hazırlığının ilk mərhələsini yekunlaşdırıb

Dünya xəbərləri Materials 17 Yanvar 2026 15:51 (UTC +04:00)
NASA Aya göndəriləcək pilotlu kosmik gəminin hazırlığının ilk mərhələsini yekunlaşdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “Artemida” proqramı çərçivəsində ilk pilotlu Ay missiyası üçün Orion kosmik gəmisi və onu daşıyan SLS ağır raket-daşıyıcısının hazırlıq işlərini tamamlayıb.

Trend xəbər verir ki, bu barədə agentlik “X” səhifəsində məlumat yayıb.

““Artemida 2” missiyasının buraxılışına cəmi bir neçə həftə qalır. Bu missiya çərçivəsində biz astronavtları Ay ətrafında uçuşa göndərəcəyik - indiyədək kimi istənilən ekipaj üçün əlçatmaz olmuş uzaqlığa”,- paylaşımda qeyd olunur.

NASA-da bildirilib ki, dörd astronavt sistemlərin yoxlanılması məqsədilə Ay ətrafında on günlük uçuş həyata keçirəcək. Bu sınaqlar gələcəkdə insanların “Artemida 3” missiyası çərçivəsində Ay səthinə qayıdışını təmin edəcək texnologiyaların etibarlılığını qiymətləndirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti