Bakı. Trend:
London şəhərində keçirilən etiraz aksiyası zamanı İranın Böyük Britaniyadakı səfirlik binasının damına çıxaraq bayrağı endirən nümayişçi və daha bir neçə nəfər saxlanılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, etiraz aksiyasında meydana gələn toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.
“Bu axşam İran Səfirliyinin qarşısında davam edən etiraz aksiyası zamanı bir etirazçı qanunsuz şəkildə şəxsi mülkiyyətə daxil olaraq bir neçə eyvan vasitəsilə səfirliyin damına çıxıb və bayrağı endirib”, - London baş polis idarəsinin rəsmi “X” səhifəsində qeyd olunur.
Böyük Britaniyanın paytaxt polisinin əlavə məlumatına görə, davam edən iğtişaşlar zamanı polis əməkdaşlarına müxtəlif əşyalar atılıb, nəticədə bir neçə əməkdaş xəsarət alıb və zorakılıq və ictimai asayiş pozuntusu şübhəsi ilə bir sıra şəxslər saxlanılıb.
