Bakı. Trend:
ABŞ Vaşinqtonun Qrenlandiyanı nəzarətinə götürməsina qarşı çıxan ölkələr qarşı yeni gömrük rüsumları tətbiq edə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən səhiyyə ilə bağlı tədbirdə çıxışında dedib.
Ağ Ev rəhbəri bildirib ki, Arktik adanın hər vəchlə nəzarətə götürülməsində əvvəlki kimi qətiyyətlidir.
“Bunu Qrenlandiya üçün də edə bilərəm. Əgər ölkələr Qrenlandiya məsələsində (ABŞ) qarşı çıxarlarsa, onlara tariflər tətbiq edə bilərəm, çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Ona görə də, mən bunu edə bilərəm,” deyə Tramp bildirib.
ABŞ prezidenti artıq bir neçə aydır ki, NATO müttəfiqi olan Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin nəzarətində olması gərəkdiyini milli təhlükəsizlik səbəbləri ilə əsaslandırır.
