Bakı. Trend:
İran və Pakistan xarici işlər nazirləri İranın hazırkı vəziyyəti haqda danışıqlar aparıblar.
Bu barədə Trend İran XİN-ə istinadən məlumat verib.
Məlumata görə, İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar arasında baş tutan telefon söhbətində regional məsələlər haqda fikir mübadiləsi aparılıb.
Telefon söhbətində Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar sülh və sabitliyin davamlılığına ümidvarlığını ifadə edib.
İki ölkə nazirləri qarşılıqlı maraq doğuran məslələlər haqda ikitərəfli məsləhətləşmələrin davam etdirilməsi üzrə razılığa gəliblər.
Xatırladaq ki, 13 yanvarda da İran və Pakistan xarici işlər nazirləri telefon söhbəti aparıblar.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
