Bakı. Trend:
“Çelsi” futbol klubu Fransanın “Renn” komandasının 20 yaşlı fransız müdafiəçisi Jeremi Jakeni transfer siyahısına əlavə edib.
Trend xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, İngiltərə təmsilçisi artıq “Renn” klubu ilə danışıqlara başlayıb. Yekun qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.
Qeyd edək ki, Jeremi Jake bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb. Futbolçunun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
