...

“Fiorentinanın” prezidenti vəfat etdi (FOTO)

Dünya xəbərləri Materials 17 Yanvar 2026 11:00 (UTC +04:00)
“Fiorentinanın” prezidenti vəfat etdi (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 77 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, klubun funksioneri uzunmüddətli xəstəlikdən sonra vəfat edib. Klubdan bildiriblər ki, “Fiorentina”nın “Viola Park” təlim mərkəzində Kommiso adı veriləcək.

Komisso 2019-cu ildə “Fiorentina” klubunu alaraq onun prezidenti olmuşdu. Ondan sonra klub iki dəfə Konfrans liqasının finalına çıxıb (2023,2024) və bir dəfə İtaliya kubokunun finalında oynayıb (2023).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti