...

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

Gündəm Materials 17 Yanvar 2026 17:30 (UTC +04:00)
Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində zərərçəkən polisə müraciət edərək 24 min manat maddi vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti