Bakı. Trend:
Suriya Silahlı Qüvvələri Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir bölgəsində YPG/SDG qüvvələrinə qarşı əməliyyata başladığını bəyan edib.
Trend xəbər verir ki, SANA əməliyyatın başlandığını təsdiqləyib.
Qeyd olunub ki, hərbi tədbirlər Deyr Hafir ərazisində YPG/SDG-yə, eləcə də keçmiş rejimə bağlı silahlı qruplaşmalara qarşı həyata keçirilir.
SANA bildirib ki, “terrorçu silahlı dəstələrin və SDG ilə əməkdaşlıq edən keçmiş rejim qalıqlarının mövqelərinə qarşı cavab tədbirləri görülməyə başlanıb”.