...

“ChatGPT” insan beyni ilə inteqrasiya oluna bilər

Dünya xəbərləri Materials 17 Yanvar 2026 08:24 (UTC +04:00)
“ChatGPT” insan beyni ilə inteqrasiya oluna bilər

Bakı. Trend:

“ChatGPT” çatbotunu yaradan “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqələndirilməsini nəzərdə tutan mümkün layihədən bəhs edib.

Trend xəbər verir ki, bu barədə “Merge Labs” xəbər yayıb.

Bildirilib ki, şirkət tamamilə yeni tip beyin–kompüter interfeysi üzərində çalışır. Layihənin əsas məqsədi hər hansı cərrahi müdaxiləni istisna etməkdir.

Yeni texnologiya baş nahiyəsinə implant yerləşdirilməsini tələb etmir. Çiplərin elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlara bağlanacağı, məlumatın isə ultrasəs vasitəsilə qəbul və ötürüləcəyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti