...

WUF13 üçün media nümayəndələrinin akkreditasiyasına start verildi

Cəmiyyət Materials 17 Yanvar 2026 13:43 (UTC +04:00)
WUF13 üçün media nümayəndələrinin akkreditasiyasına start verildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandırmaq məqsədilə yerli və xarici media nümayəndələrinin akkreditasiyasına start verilib.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, media akkreditasiyası BMT-yə üzv ölkələrdə qanuni qeydiyyatdan keçmiş və etibarlı media qurumlarını təmsil edən peşəkar jurnalistlər üçün nəzərdə tutulur və yalnız UN-Habitat-ın rəsmi onlayn qeydiyyat sistemi - https://events.unhabitat.org/ - vasitəsilə həyata keçirilir.

Elektron və ya adi poçtla göndərilən müraciətlər qəbul edilmir.

Akkreditasiyadan keçmək üçün prosedur aşağıdakı kimidir:

Qeydiyyat portalına daxil olmaq; “World Urban Forum 13” (WUF13) bölməsini seçmək; Şəxsi hesab varsa, elektron poçt və şifrə ilə sistemə daxil olmaq, hesab yoxdursa, yenisini yaradıb tərəfdaşlıq növü olaraq “media” kateqoriyasını seçmək; Tələb olunan sənədləri yükləyərək müraciəti göndərmək.

Müraciətlər diqqətlə nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra akkreditə olunan şəxslərə rəsmi bildiriş məktubu göndəriləcək.

Tələb olunan sənədlər:

Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya pasport. Beynəlxalq media nümayəndələri üçün yalnız pasport; Peşəkar fəaliyyətini təsdiq edən sənədlərdən biri: etibarlı jurnalist vəsiqəsi və ya müvafiq tələblərə cavab verən xidməti ezamiyyət məktubu;
Son dövrlərdə dərc olunmuş iş nümunələri (linklər və ya PDF formatında); Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş beynəlxalq media nümayəndələri akkreditasiya kartını da təqdim etməlidirlər; Sərbəst fəaliyyət göstərən (freelance) media nümayəndələri mütləq müvafiq media qurumunun ezamiyyət məktubunu yükləməlidirlər.

Xidməti ezamiyyət məktubu üzrə tələblər:

  • Media qurumunun rəsmi blankında hazırlanmalıdır;
  • UN-Habitat-ın Kommunikasiya şöbəsinin rəhbərinə ünvanlanmalı və [email protected] elektron ünvanına göndərilməlidir;
  • İngilis dili və ya BMT-nin digər rəsmi dillərindən birində tərtib olunmalıdır;
  • Səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır (nəşriyyat rəhbəri, baş redaktor və ya xəbər agentliyinin direktoru);
  • Jurnalistin tam adı, vəzifəsi, ezamiyyət tarixləri və WUF13-ü işıqlandırmaq niyyəti açıq şəkildə göstərilməlidir.

Media təlimatları

WUF13 çərçivəsində fəaliyyət göstərən media nümayəndələri üçün aşağıdakı qaydalar tətbiq olunur:

Tədbir məkanına giriş üçün WUF13 akkreditasiyası kifayətdir; Azərbaycana müvəqqəti gətirilən bütün media avadanlıqları E-gömrük: Elektron Gömrük Xidmətləri portalı - https://e.customs.gov.az/ - vasitəsilə, ölkəyə daxil olmadan ən azı 72 saat əvvəl bəyan edilməlidir; Ölkəyə giriş zamanı gömrük orqanlarına təqdim olunmalı sənədlər:

  • Media akkreditasiyasını təsdiq edən məktub;
  • Qonaqlar üçün sadələşdirilmiş gömrük bəyannaməsi.

Ölkədən çıxış zamanı bu bəyannamə (bəyan edilmiş avadanlıqla birlikdə) gömrük işçilərinə təqdim edilməlidir; Pilotsuz uçuş aparatlarının (dronların) ölkəyə gətirilməsinə icazə verilmir; Akkreditə olunmuş yayım şirkətləri radioelektron avadanlıqlar üçün müvəqqəti radiotezlik icazəsi almalıdırlar (ətraflı məlumat sonradan təqdim ediləcək); İdxal və ixrac qaydaları ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində mövcuddur (səyahətçilər üçün ümumi məlumat bölməsi). Tədbir məkanından kənarda çəkiliş aparmaq üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə alınmalıdır. Müraciətlər 15 aprel 2026-cı il tarixinədək [email protected] ünvanına göndərilməlidir.

İctimai yerlərdə (küçələr, meydanlar və s.) foto və video çəkilişinə ümumi icazə verilir. Lakin məkanlara giriş haqqının və digər ödənişlərin əvvəlcədən dəqiqləşdirilməsi media nümayəndələrinin məsuliyyətindədir. Özəl mülklərdə çəkiliş üçün isə müvafiq obyekt rəhbərliyi ilə birbaşa razılaşma tələb olunur.

Əlaqə məlumatları:

  • Media akkreditasiyası və UN-Habitat nümayəndələri ilə müsahibə üçün [email protected];
  • Ev sahibi ölkə ilə bağlı sorğular və tədbir məkanından kənar çəkiliş icazələri üçün [email protected];
  • Yayım avadanlıqları və digər media xidmətləri üçün [email protected];
  • Əlavə məlumat üçün wuf.unhabitat.org/media səhifələri aktivdir.

Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti