...

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb

Dünya xəbərləri Materials 17 Yanvar 2026 19:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin mərkəzində yerləşən Sebu şəhərində bir poliqonda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-dən 35-ə yüksəlib.

Trend xəbər verir ki, bu barədə ABS-CBN News kanalı məlumat yayıb.

Məlumata görə, daha bir nəfər hələ də itkin düşüb. Filippin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Qeyd edək ki, yanvarın 8-də Sebu şəhərindəki zibilxanada torpaq sürüşməsi baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb.

Xəbər lenti

Xəbər lenti