...

Suriyada kürd dili rəsmi status qazandı

Dünya xəbərləri Materials 17 Yanvar 2026 07:12 (UTC +04:00)
Suriyada kürd dili rəsmi status qazandı

Bakı. Trend:

Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarının təmin olunmasına dair fərman imzalayıb. Sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı qeyd edilir.

Trend xəbər verir ki, bu barədə AFP xəbər yayıb.

Fərmana əsasən, kürdlərin əhalinin mühüm hissəsini təşkil etdiyi bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.

Bundan başqa, 1962-ci il əhali siyahıyaalınması zamanı vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası imkanı verilir.

Xəbər lenti

Xəbər lenti