Bakı. Trend:
ABŞ-nin Yuta ştatının Solt-Leyk Siti şəhərində keçirilən etiraz aksiyası zamanı atışma baş verib.
Trend xəbər verir ki, bu barədə şəhər polisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Biz Seyt Strit yaxınlığında keçirilən nümayişlə əlaqəli olduğu ehtimal edilən atışma ilə bağlı araşdırma aparırıq. Hazırda bir nəfərin vəziyyətinin ağır olduğunu təsdiqləyə bilərik”, – deyə polisin açıqlamasında qeyd olunub.
Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.
Qeyd edək ki, bu aksiyalar ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı “Krallar yoxdur” şüarı altında keçirilib. Solt-Leyk Sitidəki mitinqdə təxminən 10 min nəfər iştirak edib.
