...

"Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 14 İyun 2025 20:57 (UTC +04:00)
"Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı. Trend:

“Sabah” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.

Trend xəbər verir ki, müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.

Klub Vasili Vladimiroviçə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib. “Sabah” onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazanaraq klubun tarixində əlamətdar və simvolik bir səhifə yazıb.

Xəbər lenti

Xəbər lenti