Bakı. Trend:
İranın Müdafiə Nazirliyinə bağlı olan və İsfahan əyalətinin mərkəzində yerləşən hərbi obyektə hücum həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə İran KİV-ləri vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb.
Hadisə bir saat əvvəl baş verib. Hazırda əraziyə dəymiş mümkün ziyanın həcmi müəyyənləşdirilir.
Əlavə təfərrüatlar barədə məlumat verilməyib. Hadisənin kim tərəfindən və hansı vasitə ilə törədildiyi də hələlik açıqlanmır.