...

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 14 İyun 2025 13:40 (UTC +04:00)
İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi”nin istehsalı olan 2100 kq yodlaşdırılmış duz məhsulundan AQTA tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti