Bakı. Trend:
Son bir saat ərzində yəhudi dövləti istiqamətində atılan təxminən 20 pilotsuz uçan aparat İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ərazisinə daxil olmağa çalışan bu PUA-lar təhlükəsizlik qüvvələri tərəfindən vaxtında aşkar edilərək zərərsizləşdirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.