...

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Dünya xəbərləri Materials 15 İyun 2025 10:58 (UTC +04:00)
Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozinin həm “Fəxri legion” ordeni, həm də “Şərəf” ordenini geri qaytarması tələb edilir.

Trend xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub.

Qərar Sarkozi barədə məhkəmənin hökmü qüvvəyə mindikdən sonra qəbul olunub. Məhkəmə keçmiş dövlət başçısını korrupsiya ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edib.

Nikola Sarkozi Fransanın “Fəxri legion” ordenindən məhrum edilən ikinci dövlət başçısıdır. 1945-ci ildə isə general Şarl Peten vətənə xəyanət və kollaborasionizmdə ittiham edilərək ali mükafatdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti