...

Tehranda bir neft və bir yanacaq anbarı vurulub – İranın Neft Nazirliyi (VİDEO)

Dünya xəbərləri Materials 15 İyun 2025 01:16 (UTC +04:00)
Tehranda bir neft və bir yanacaq anbarı vurulub – İranın Neft Nazirliyi (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana hava hücumu nəticəsində Tehran şəhərinin şimal-qərbində Şəhran neft anbarı və cənubda bir yanacaq anbarı vurulub.

Trend-in məlumatına görə, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərhal hadisə yerinə xilasetmə və yardım qüvvələri cəlb olunub.

Məlumatda deyilir ki, ilkin hesablamalara görə, hər iki anbarda mövcud yanacaq çox olmayıb və vəziyyət tam nəzarətdədir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Xəbər lenti

Xəbər lenti