...

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İranı tərk etməyə çağırıb

Dünya xəbərləri Materials 13 Yanvar 2026 03:44 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İranı tərk etməyə çağırıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti geniş yayılmış etirazlar, internet məhdudiyyətləri və ictimai nəqliyyatda yaranan fasilələr fonunda vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin İrandakı səfirliyinin saytında bildirilib.

ABŞ vətəndaşlarına alternativ rabitə vasitələri planlaşdırmaq və mümkün olduqda ölkəni Ermənistan, Türkiyə və ya Türkmənistanla quru sərhədləri vasitəsilə tərk etmək tövsiyə olunur.

"Əgər gedə bilmirsinizsə, evinizdə və ya başqa bir təhlükəsiz binada təhlükəsiz bir yer tapın. Ərzaq, su, dərman və digər zəruri əşyalarla təmin olun", - deyə Dövlət Depatamentinin məlumatında bildiirlib.

İkili vətəndaşlığı olan ABŞ vətəndaşlarına səyahət üçün İran pasportlarından istifadə etmələri tövsiyə olunur, çünki Tehran onların ABŞ vətəndaşlığını tanımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti