...

Xaçmaz rayonunda “Qurtuluş suverenliyimizin təməlidir!” adlı bayram koserti təşkil olunub (FOTO)

Cəmiyyət Materials 14 İyun 2025 13:13 (UTC +04:00)
Xaçmaz rayonunda “Qurtuluş suverenliyimizin təməlidir!”  adlı bayram koserti təşkil olunub (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz rayonunda “Qurtuluş suverenliyimizin təməlidir!” adlı bayram koserti təşkil olunub.

Trend xəbər verir ki, Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş suverenliyimizin təməliidir!” adlı bayram konserti keçirilib.

Xudat şəhəri, Nizami Gəncəvi adına parkda təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musiqili gecədə respublikamızın tanınmış incəsənət ustalarının ifasında bir-birindən gözəl mahnılar səsləndirilib. Şən nəğmə və rəqslər yerli sakinlərin bayram əhval ruhiyyəsini xeyli yüksəldib. Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti