...

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Siyasət Materials 15 İyun 2025 19:44 (UTC +04:00)
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, dövlət başçısı bununla bağlı X hesabında paylaşım edib.

“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun da Azərbaycanı bu münasibətlə təbrik etmişdi.

Xəbər lenti

Xəbər lenti