...

Klublararası dünya çempionatının açılış oyunu qolsuz bərabərliklə başa çatıb

İdman Materials 15 İyun 2025 17:14 (UTC +04:00)
Klublararası dünya çempionatının açılış oyunu qolsuz bərabərliklə başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də start götürən klublararası dünya çempionatının ilk oyununda A qrupunun komandaları – Misirin "Əl-Əhli" klubu və ABŞ-nin "İnter Mayami"si qarşılaşıb.

Trend xəbər verir ki, görüş 0:0 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 43-cü dəqiqəsində "Əl-Əhli"nin futbolçusu Mahmud Trezege penaltini dəqiq yerinə yetirə bilməyib və komandasını hesabda önə çıxarmaq şansını qaçırıb.

Bu gecə turnirdə daha 4 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, 32 komandanın 8 qrupda mübarizə apardığı mundial iyulun 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti