...

MİDA Saray qəsəbəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlayır

İqtisadiyyat Materials 14 İyun 2025 15:40 (UTC +04:00)
MİDA Saray qəsəbəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni sosial mənzillərin inşasına başlanılır.

Trend xəbər verir ki, bununla bağlı hazırlıqlara ötən il start verilsə də, layihə-smeta sənədləri ilə bağlı yekun tədbirlər görülməmişdi.

Artıq MİDA Saray qəsəbəsində tikiləcək çoxmənzilli yaşayış binalarının tikinti layihəsini və müəllif nəzarətinin aparılması üzrə əlavə işləri görəcək şirkəti müəyyənləşdirib.

Belə ki, MİDA sözügedən işlərin icrasını “Arch-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 125 316 manat ödənilib və tikinti layihəsinin bu ilin avqustun 12-də tamamlanması razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti