...

Donald Trampın illərdir arzuladığı hərbi parad Vaşinqtonda keçirilib

Dünya xəbərləri Materials 15 İyun 2025 10:37 (UTC +04:00)
Donald Trampın illərdir arzuladığı hərbi parad Vaşinqtonda keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın uzun müddətdir keçirmək istədiyi hərbi parad şənbə günü Vaşinqtonda baş tutub.

Trend xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Tədbir ABŞ Ordusunun 250 illik yubileyinə və 79 yaşı tamam olan Donald Trampın doğum gününə təsadüf edib.

Paradda 6,600-dən çox hərbçi, "M1 Abrams da daxil olmaqla təxminən 130 tank və 50 helikopter iştirak edib. Tədbirdə İkinci Dünya Müharibəsi dövrünə aid "Sherman" tankları və "B-25" bombardmançıları kimi avadanlıqlar da nümayiş olunub.

Tramp parad zamanı əsgərləri salamlayıb və çıxışında deyib: "Digər bütün ölkələr öz qələbələrini qeyd edir. Amerikanın da qeyd etmə vaxtıdır."

Xəbər lenti

Xəbər lenti