...

AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib

Cəmiyyət Materials 14 İyun 2025 15:26 (UTC +04:00)
AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər:

14 iyun 2025-ci il:
* Bakı – Tel-Əviv – Bakı (J2 331/332)
* Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)
* Bakı – İslamabad – Bakı (J2 143/144)
* Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
* Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:
* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:
* Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
* Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti