...

İranın Tehranda Şahran neft anbarındakı yanğın nəzarət altına alınıb

Dünya xəbərləri Materials 15 İyun 2025 10:45 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı.Trend:

İran İslam Respublikasının Neft Nazirliyi Tehranın cənubundakı Şahran neft anbarında baş verən yanğının nəzarət altına alındığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə İslam Respublikasının Neft Nazirliyi məlumat yayıb.

“Tehranın cənubundakı Şahran neft anbarında və yanacaq çənindəki yanğın nəzarət altına alınıb”, - nazirliyin bəyanatında deyilir.

Nazirlik əlavə edib ki, çənlərin içindəki yanacaq tamamilə yanana qədər həmin ərazidən qara tüstü qalxacaq, lakin vətəndaşlar üçün heç bir təhlükə yoxdur.

Xəbər lenti

Xəbər lenti