Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İsrailin zərbəsindən sonra İsfahandakı nüvə obyektinə dəyən ziyanı təsdiqləyib.
Bu barədə Trend agentliyə istinadən xəbər verir.
“AEBA -da mövcud olan məlumata görə, İsfahandakı nüvə obyektinə dünənki hücum nəticəsində 4 kritik binaya ziyan dəyib.
Natanz obyektində olduğu kimi, obyektin hüdudlarından kənarda radiasiya səviyyəsinin artması gözlənilmir”, - agentliyin sosial şəbəkədə yaydığı məlumatda deyilir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.