Bakı.Trend:
Bu gün 15 iyun tarixində beş illik fasilədən sonra Qazax rayonunda sərnişindaşıma bərpa olunmuşdur.
Trend xəbər verir ki bunu Jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcov deyib.
Onun sözlərinə görə, əvvəllər qatar Bakıdan Qazağa səkkiz saat yarıma hərəkət edirdi:
"Hazırda İstifadəmizdə olan qatar yolu beş saat yarıma qət edəcək. Sərnişinlər İsveçrənin Stadler Reil qrup şirkətinin istehsal etdiyi Sta qatarları ilə səyahət edəcəklər. Stansiyanın açılması üçün Ağstafa Qazax yolunun əsaslı təmiri və bərpası həyata keçirəndən sonra mümkün olub. Qazax stansiyasında gündəlik olaraq Bakı şəhərində iki dəfə, səhər 08:00-ds və axşam 18:00-da qatar Qazax istiqamətində hərəkət edəcək. Eyni vaxtda Qazax stansiyasından səhər 08:00-da və axşam 16:20 də Bakı istiqamətində qatarlar hərəkət edəcək".
A.Fərəcov qeyd edib ki, vaqonlarda ümumi yerlərin sayına qədər
hansı kateqoriyalara vaqonlarda 240-dan artıq yer var:
"Siniflər olaraq baxdıqda standart, standart biznes və birinci
sinif yerlər mövcuddur. Biletlərin qiymətinə gəldikdə Azərbaycan
Dəmir Yolları ötən ildən dinamik qiymət siyasətinə keçmişdir və bu
alış tarixinə və s meyarlara əsasən dəyişir".