...

Cennaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi təyin edilib

İdman Materials 15 İyun 2025 18:58 (UTC +04:00)
Cennaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi təyin edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2006-cı ilin dünya çempionu Cennaro Qattuzo İtaliya milli futbol komandasının yeni baş məşqçisi olub.

Trend xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

O, bu posta 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəz edib.

İtaliya Futbol Federasiyasının Prezidenti Qabriele Qravina bildirib: "Qattuzo İtaliya futbolunun simvoludur. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakı tapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlməsi üçün əsas olacaq. Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, ona bu çağırışı qəbul etdiyi üçün təşəkkür edirəm."

Xəbər lenti

Xəbər lenti