Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,87 ABŞ dolları və ya 5,6% artaraq, 73,18 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 77,64 dollar/barel, minimum isə 70,79 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,56 ABŞ dolları və ya 5,2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 76,39 dollar/barel, minimum isə 69,50 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,27 ABŞ dolları və ya 6% artaraq 57,86 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,99 dollar/barel, minimum isə 56,02 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,51 dollar və ya 5,2% bahalaşaraq, 70,83 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 75,19 dollar/barel, minimum isə 68,85 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
09.06.2025 |
10.06.2025 |
11.0562025 |
12.06.2025 |
13.06.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$70,79 |
$71,85 |
$72,17 |
$73,45 |
$77,64 |
$73,18 |
Azeri Light FOB Ceyhan |
$69,50 |
$70,60 |
$70,95 |
$72,20 |
$76,39 |
$71,93 |
Urals (EX NOVO) |
$56,02 |
$56,81 |
$56,76 |
$57,74 |
$61,99 |
$57,86 |
Dated Brent |
$68,85 |
$69,60 |
$69,67 |
$70,85 |
$75,19 |
$70,83 |