...

Şıx çimərliyində batan yeniyetmələrin meyitləri tapılıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 İyun 2025 17:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XXX

13:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedici qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Hazırda batdıqları ehtimal edilən şəxslərin – 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməməyə çağırır və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladır.

Xəbər lenti

Xəbər lenti