...

Azərbaycan İrandan təxliyələrə dəstək göstərir – Qırğızıstan vətəndaşları ölkəmiz vasitəsilə təxliyə edilir

Siyasət Materials 15 İyun 2025 10:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından həyata keçirilən təxliyə proseslərinə dəstək göstərir.

Trend xəbər verir ki, görülmüş müvafiq tədbirlər nəticəsində, aralarında diplomatik heyətin də olduğu 28 nəfər Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana keçəcəyi gözlənilir.

İrandan təxliyə edilən şəxslərə tibbi xidmətin göstərilməsi və səhər yeməyi ilə təmin olunmaları üçün zəruri şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti