Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində 12 milyon 389 min ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında qeyd edib.
Nazir əlavə edib ki, əməliyyat zamanı 22 narkotik alverçisi saxlanılıb və onların hamısı həbs edilib:
"Jandarmeriyanın həyəta keçirdiyi əməliyyat nəticəsində aşkarlanmış çətənə və marixuanadan 100 tondan çox toz halında narkotik maddə əldə etmək mümkündür".