Bakı. Trend:
İyulun 1-dən etibarən Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçid qiymətləri 15% artaraq hər xalis ton üçün 5,83 dollar təşkil edəcək.
Trend xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazirin sözlərinə görə, artırılan dövlət rüsumları ekoloji təhlükəsizliyin yaxşılaşdırılması və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi üçün sərf olunacaq.
Abdulkadir Uraloğlu qeyd edib ki, bu artım 2022-ci ildən bəri dördüncü dəfədir həyata keçirilir. Qeyd olunur ki, gəmilərin keçid dəyəri 2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməz qalmışdı və 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən qızıl frank əsasında hesablanırdı.
2024-cü ilin oktyabr ayında isə bu prosedur dəyişdirilərək tarif 5,07 dollara qaldırılmışdı.