...

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Gündəm Materials 14 İyun 2025 13:03 (UTC +04:00)
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyndən məlumat verilib.

Bildirilir ki, 14–16 iyun 2025-ci il tarixlərində Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

"Xahiş edirik, səfərlərinizi əvvəlcədən planlayasınız və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə alasınız.

Narahatlığa görə üzr istəyirik və anlayışınıza görə təşəkkür edirik", - qurumdan qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti