...

Hakan Fidan Lavrovla telefon danışığında Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Dünya xəbərləri Materials 15 İyun 2025 16:11 (UTC +04:00)
Hakan Fidan Lavrovla telefon danışığında Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı İsrail və İran arasında artan gərginlik və bu vəziyyətin regional və qlobal nəticələri müzakirə olunub.

Hakan Fidan bölgədəki hadisələrin ciddi narahatlıq doğurduğunu bildirib və vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı mübahisənin yeganə həll yolu diplomatiyadır. Türkiyə tərəfi münaqişənin böyüməsinin qarşısının alınması üçün dialoqun vacibliyini xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti