Bakı. Trend:
Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 1200 hərbçisinin meyitini Ukrayna tərəfinə təhvil verib.
Trend xəbər verir ki, bu barədə rus KİV-ləri Rusiyanın danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb.
“Rusiya İstanbul razılaşmalarını icra etməyə davam edir. Bu gün Ukrayna Silahlı Qüvvələrinin daha 1200 əsgərinin meyiti Ukrayna tərəfinə təhvil verilib. Ukrayna isə bu müddət ərzində bir dənə də olsun meyit qaytarmayıb”, – deyə mənbə qeyd edib.
İyunun 14-də Rusiya və Ukrayna İstanbul müqavilələri çərçivəsində açıq tibbi mübadilələr aparmağa başladılar; Tərəflər yaralıları təhvil verir.