...

Zaqatalada qəza baş verib

Hadisə Materials 15 İyun 2025 10:18 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 14-də saat 17 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən çıxaraq aşıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.

Faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti