...

İranın Məşhəd aeroportu vurulub (VİDEO)

Dünya xəbərləri Materials 15 İyun 2025 19:26 (UTC +04:00)
İranın Məşhəd aeroportu vurulub (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İranın şimal-şərqində yerləşən Xorasan vilayətinin Məşhəd şəhərində “Şəhid Haşeminejad” Beynəlxalq Aeroportunu vurub.

Bu barədə Trend yerli KİV-ə istinadən məlumat verib.

Məlumata görə, aeroportun uçuş-eniş zolağına zərbələr endirilib.

Qeyd edək ki, İsrail İrana hərbi hava hücumları davam edir. Tehranda bir sıra önəmli strateji obyektlərin vurulduğu qeyd olunur.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Xəbər lenti

Xəbər lenti